İlham Əliyev “Bayraktar”ların müharibədəki rolundan danışdı

7 Baxış

“Azərbaycanın Türkiyədən aldığı “Bayraktar” pilotsuz zərbə aparatları müharibədə çox böyük rol oynadı, onlar olmasa idi, bizim işimiz çətin olacaqdı və çox şəhid verəcəkdik”. 

Oxu.Az-ın məlumatına əsasən, bunu Prezident İlham Əliyev “CNN Türk”ə müsahibəsində bildirib.

İlham Əliyev Azərbaycanın Türkiyədən təkcə “Bayraktar” yox, eyni zamanda “Qasırğa” raket sistemləri almasına da diqqət çəkib.

Prezident bildirib ki, Azərbaycan Türkiyədən silah tədarükünə davam edəcək.

Aqşin Kərimov


Məlumat oxu.az saytından götürülmüşdür.