İlham Əliyev: “Ermənistan Azərbaycan xalqının iradəsini qıra bilmədi”

12 Baxış

“30 il müddətində torpaqlarımız işğal altında idi, bu, böyük ədalətsizlik idi. Təəssüflər olsun ki, Minsk Qrupu vəzifəsini yerinə yetirmədi”. 

Oxu.Az-ın məlumatına əsasən, bunu “CNN Türk”ə müsahibəsində Prezident İlham Əliyev deyib.

O bildirib ki, Ermənistan 2020-ci ilin iyul ayında Azərbaycan mövqelərini artilleriyadan atəşə tutub, avqust ayında isə diversiya qrupu vasitəsilə mövqelərimizə hücuma cəhd ediblər. 
İlham Əliyev qeyd edib ki, Azərbaycan İkinci Qarabağ Müharibəsində hər gün qələbə qazanırdı.

“Biz 44 gün ərzində hər gün irəliləyirdik. Ermənistan isə Azərbaycanın şəhərlərini, mülki insanlarını atəşə tuturdu. Tərtər, Goranboy, Gəncə, Bərdə atəşə tutulurdu. Lakin onlar Azərbaycan xalqının iradəsini qıra bilmədi”, – deyə İlham Əliyev əlavə edib.

Prezident qeyd edib ki, Ermənistan müharibədə 30 mülki şəxs itirib.

“Azərbaycan Ermənistanın mülki insanlarını atəşə tutmurdu. Müharibədə ölən erməni mülki şəxslər müharibə zonasında olanlar, döyüşlərdə iştirak edənlər idi”, – deyə İlham Əliyev əlavə edib. 

Aqşin Kərimov


Məlumat oxu.az saytından götürülmüşdür.