Gənclər “İqlim Hərəkatının” aparıcı üzvləridir – FOTO

10 Baxış

Son dövrlərdə bütün dünyada sivilizasiya və davamlı inkişaf üçün müəyyən çətinliklər yaradan qlobal istiləşmə həmçinin planetin biomüxtəlifliyi üçün ciddi təhlükə hesab edilir. Buzlaqların əriməsi, bitkilərin vaxtından əvvəl çiçəklənməsi, atmosfer havasının temperaturunun yüksəlməsi, quraqlıqlar, yanğınlar, təbii fəlakətlər və iqlim dəyişikliyinin mənfi təsir etdiyi iqtisadi və sosial böhranlar qlobal iqlim dəyişmələrinin bariz əlamətləri hesab edilir. Xüsusilə, böyük sənaye mərkəzlərinə malik olan əksər ölkələrdə atmosferə atılan karbon qazının həcmi iqlim dəyişikliyi ilə mübarizəyə ciddi şəkildə əngəl törədir. 

Qlobal iqlim dəyişmələri və antropogen fəaliyyətin güclənməsi nəticəsində baş verən meşə yanğınları flora və faunanı bir anda məhv edir. Ötən il Avstraliyada baş verən genişmiqyaslı meşə yanğınları nəticəsində milyonlarla canlının həyatını itirməsi ekosistemin kəskin şəkildə pozulmasına gətirib çıxarıb. Bu çətin qlobal problemlə mübarizə zamanı dost ölkələrdə baş verən eko-terrorlar və xüsusilə, Qarabağ ərazisində və cəbhə boyu digər bölgələrimizdə erməni terrorçularının törətdiyi ekoloji cinayətlər, düşmənin torpağımızın təbii resurslarının vəhşicəsinə istismarı vəziyyəti daha da acınacaqlı edir.   


Məlumat oxu.az saytından götürülmüşdür.