Avqust ayında Türkmənistan-Azərbaycan-Türkiyə zirvə görüşü keçiriləcək

4 Baxış

Avqust ayında Türkmənistanın “Avaza” turizm zonasında Orta Asiya dövlət başçılarının üçüncü Məşvərət Məclisi və Türkmənistan, Azərbaycan və Türkiyə liderlərinin zirvə görüşü keçiriləcək.

“Turkmenistan: zolotoy vek” nəşri məlumat yayır ki, Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhamedov bu barədə Nazirlər Kabinetinin genişləndirilmiş iclasında açıqlama verib:

“Avqust ayında Orta Asiya dövlət başçılarının məşvərətçi görüşü təşkil ediləcək, ardından Türkmənistan, Azərbaycan və Türkiyə başçılarının üçtərəfli dostluq münasibətlərini daha da möhkəmləndirmək üçün hazırlanmış zirvə görüşü keçiriləcək”.

Onun sözlərinə görə, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci Forumu və Xəzəryanı dövlətlərin başçılarının 6-cı iclasının da bu ölkədə keçirilməsi planlaşdırılır.


Məlumat oxu.az saytından götürülmüşdür.