Saakaşvili İlham Əliyevlə söhbəti barədə: “Bu həm bizim, həm də sizin üçün bir neçə illin məsələsidi”

9 Baxış

Ukrayna Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin rəhbəri, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ukraynanın “1 + 1” telekanalında “Hakimiyyət hüququ” siyasi tok-şousunun iştirakçısı olarkən bir neçə il əvvəl təyyarədə Azərbaycan prezidenti İlham Əliyevlə söhbətini xatırladıb.

“İlham Əliyevin təyyarəsində Strasburqdan uçurduq (Avropa Şurasında birlikdə çıxış etdik). Təyyarə Qara dəniz sahili üzərindən uçdu. Abxaziyaya heç olmasa yuxarıdan baxmaq üçün təyyarənin bie az aşağıdan uçmasını istədim. Çünki Abxaziya üçün darıxırdım, ailəm oradandır.

Və o dedi: “Bilirsən Mişa, həm bizim, həm də sizin üçün bu bir neçə illin məsələsidir. Gecə-gündüz bu barədə düşünməliyik. Bunu heç vaxt unutmamalı və hazırlaşmalı, hər gün hazırlaşmalıyıq … ”, – deyə Saakaşvili bildirib.

 


Məlumat oxu.az saytından götürülmüşdür.