Rusiyalı politoloq: “Azərbaycan özünə məxsus olanı qaytardı”

12 Baxış

İrəvanla Moskva arasındakı münasibətlər mövzusu seçkiqabağı dövrdə Ermənistandakı bütün siyasi qüvvələr tərəfindən aktiv şəkildə istifadə olunur. Və Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan gah Rusiyanı, gah da Fransanı Ermənistanın əsas müttəfiqi adlandırır, həm də daim Qərbə baxır. Ermənistanın ikinci prezidenti Robert Koçaryan Corc Sorosun ölkədəki bütün təşkilatlarını bağlayacağına söz verir, amma məhz özünün on illik prezidentliyi dövründə bu fondun meydana çıxması və inkişafı barədə utanmadan susur. Digər müxalifət partiyaları və xadimlər Rusiyaya olan nifrətlərini gizlətmirlər.

Tanınmış erməni politoloq, “Milli Demokrat Qütbü”nün nümayəndəsi Ara Papyan açıq şəkildə deyir ki, Rusiya müttəfiq deyil, yeniləri axtarılmalıdırlar. “Konstruktiv” partiyanın lideri, “Azad Vətən” blokundan baş nazirliyə namizəd Andrias Qukasyan yaxınlaşan növbədənkənar parlament seçkilərini “referendumun Ermənistanın Rusiyanın peyki olaraq qalıb-qalmayacağına və ya suveren dövlətə çevrilməsinə dair vasitə” olduğunu deyir. Milli Demokratik Birliyin təşəbbüs qrupunun üzvü Varuzhan Avetisyan Ermənistanın Rusiya bölgəsindən ən qısa müddətdə çıxması lazım olduğunu iddia edir. Bu cür açıqlamalarla bağlı çox misal gətirmək olar.

Niyə Ermənistanda seçkilərdən əvvəl Rusiya müzakirə olunur? Seçki Texnologiyaları Mərkəzinin direktoru, Sosial elmlər namizədi, Rusiya İctimaiyyətlə Əlaqələr Birliyinin vitse-prezidenti Vladimir Pızin fikirlərini Caliber.Az-la bölüşüb:

– Geosiyasi vəziyyət elədir ki, Rusiya ilə münasibətlər xüsusi rol oynayır, çünki bu həm KTMT-yə, həm də AİB-ə aiddir. Məlumdur ki, Qərb bütovlükdə, ABŞ daxil olmaqla, postsovet dövlətlərini Rusiya Federasiyasından qoparmaq istəyir və buna vəsait xərcləyir. Əlbəttə ki, Ermənistanda Qərblə sıx əlaqələri olan qüvvələr var, elə Nikol Paşinyanın özünü də xatırlatmaq olar.

Obyektiv olaraq Rusiyanın yanında müstəqil, azad dövlətlər və dostların olması faydalıdır. Heç olmasa azı BMT-də səs vermək üçün bu lazımdır. Rusiya Federasiyası nə Ermənistanı, nə Belarusu, nə də digər ölkələri özünə birləşdirmək, özünün bölgəsi etmək fikrində deyil.

Müttəfiq müharibə vəziyyətində qarşılıqlı köməyə ümid bəsləyən bir ölkədir. Məgər kimsə Ermənistanın suverenliyini pozmağa çalışır? Yox. Sülhün olması və insanların normal yaşaması vacibdir. Rusiya dəfələrlə Ermənistanın mövqeyini prinsipial qiymətləndirib, İrəvana məsələni (Qarabağla bağlı – red.) sülh yolu ilə həll etməsi tövsiyə olunub. Amma heç keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan ərazilərlə başlı cağırışlara cavab verilməyib. Ancaq Allah hər şeyin ədalətli olmasını əmr etdi. Azərbaycana məxsus olan Azərbaycana qaytarıldı. Və heç kim Ermənistan ərazisinə iddia etmir, xüsusən də Rusiyanın zəmanəti varkən.

Erməni xalqı müdriklik göstərməli və bundan sonra kiminlə bir olacağına qərar verməlidir. Nikol Paşinyan təzyiq altındadır, bəs təzyiq göstərənlər 2020-ci ilin payızında Ermənistana kömək etdilər? Erməni xalqı şərti olaraq “Rusiyaya qarşı” səs verirsə, deməli tale belədir. Bəzən seçkinin səhvlərini bütün xalq ödəyir və postsovet məkanında da daxil olmaqla belə nümunələr görmüşük. Kimi seçsələr, onunla yaşayacaqlar və heç kim günahlandırıla bilməz.

– Hər halda seçkilərə qiymət verməyinizi istərdim. Sorğulara görə, Ermənistandakı seçkiqabağı yarışının liderləri iki siyasi qüvvədir – Nikol Paşinyanın “Vətəndaş Sazişi” və Robert Koçaryanın “Ermənistan” (Hayastan) bloku. Sizcə kimə üstünlük verilir?

– Əgər Nikol Paşinyan doğrudan da düzgün xətti seçibsə, səhvlərini təhlil edibsə (onlar kobud idi, çünki münaqişə sülh yolu ilə həll oluna bilərdi və bu ona təklif olunmuşdu) və insanlar indi ona inanarsa, bəlkə də yaxşı seçimdir. Rusiya üçün isə o qədər də fərqi yoxdur. İstər Koçaryan olsun, istərsə də Paşinyan – əsas odur ki, yaxınlıqda düşmən dövlət ortaya çıxmasın. Rusiyanın sərhədlərində Azərbaycan kimi güclü dövlətlərə ehtiyacı var. Moskva ilə Bakı arasındakı münasibətlər bunun çox parlaq nümunəsidir.


Məlumat oxu.az saytından götürülmüşdür.