Rusiyalı mütəxəssis: “Paşinyan müqavilələri imzalayıb və onları həyata keçirəcək”

5 Baxış

“Nəqliyyat dəhlizlərinin bərpası prosesi Ermənistandakı seçkilərdən sonra aktiv şəkildə davam edəcək”.

Bu barədə Rusiya Siyasi İnformasiya Mərkəzinin aparıcı mütəxəssisi Vladimir Salyaev Caliber.Az-a müsahibəsində deyib:

“Orta müddətli perspektivdə müsbət ssenari görürəm. Nikol Paşinyan müqavilələri imzalayıb və onları həyata keçirəcək. Azərbaycan və Rusiya daxil olmaqla bütün xarici oyunçular üçün bu aydındır. İndi daxili auditoriya üçün Ermənistan baş naziri bunu o qədər göstərmir, amma layihə həyata keçiriləcək”.

“Əlbəttə ki, İrəvanın vəzifəsi erməni cəmiyyətinə əldə olunmuş razılaşmanın müsbət tərəfini göstərməkdir: iqtisadiyyatda və nəzəri olaraq turizmdə hansı üstünlüklər olacaq və s. Ancaq indi hər şey seçkidən asılıdır.

Əlbəttə, çox şey ABŞ-ın mövqeyindən də asılı olacaq. Onlar vəziyyəti sarsıdacaqlarmı? İndiyə qədər Vaşinqtonun Cənubi Qafqaz bölgəsindəki vəziyyət barədə hərtərəfli anlayışı olmayıb”, – deyə mütəxəssis qeyd edib.


Məlumat oxu.az saytından götürülmüşdür.