Prezident İlham Əliyev Tatarıstan Prezidentinə başsağlığı verdi

10 Baxış

Prezident İlham Əliyev Tatarıstan Prezidenti Rüstəm Nurqaliyeviçə başsağlığı verib.

Başsağlığıda bildirilir:

“Kazan şəhərindəki 175 nömrəli məktəbdə atışma nəticəsində uşaqların və yaşlıların həlak olması haqqında xəbəri dərin hüznlə qəbul etdik.

Bu əvəz edilməz itkiyə görə dərdinizə şərik olaraq Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən baş sağlığı verir, zərər çəkənlərin hamısının tezliklə sağalmasını arzu edirəm”.


Məlumat oxu.az saytından götürülmüşdür.