Azərbaycan İsrailə başsağlığı verdi – FOTO

8 Baxış

Azərbaycan Xarici İşlər Nazirliyi İsrailə başsağlığı verib.

Bu barədə Azərbaycan XİN-in “Twitter” hesabında paylaşım edilib.

“Meron dağındakı Laq ba-Omer kütləvi tədbirində baş verən faciəvi hadisə barədə xəbərlər bizi çox kədərləndirdi. Bu dəhşətli hadisədə həlak olanların ailələrinə, eləcə də İsrail hökuməti və xalqına dərin hüznlə başsağlığı veririk. Yaralananların hamısına təcili şəfa diləyirik”, – deyə Azərbaycan XİN-dən bildirilib.

Qeyd edək ki, İsraildə dini bayram – Laq ba-Omerin keçirilməsi zamanı tribunanın uçması və izdiham nəticəsində azı 44 nəfər ölüb.

We are very saddened by news on tragic accident at mass Lag B’Omer event in Mount Meron 🇮🇱.
We express our deep condolences to the families of the victims of this terrible incident, as well as to the Government and People of #Israel. We wish speedy recovery to all injured.

— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) April 30, 2021


Məlumat oxu.az saytından götürülmüşdür.