Ceyhun Bayramov Ermənistanın spekulyasiyalarının mahiyyətini açıqladı

11 Baxış

“Hərbi əsirlər mövzusu həllini tapıb”. 

Oxu.Az xəbər verir ki, bunu Xarici İşlər naziri Ceyhun Bayramov mətbuat konfransında deyib. 

O bildirib ki, üçtərəfli bəyanatdan sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə terrorçular göndərilib.

“Anti-terror əməliyyatları ilə 62 terrorçu saxlanılıb. Onlar hərbi əsir sayıla bilməz”, – deyə C.Bayramov əlavə edib. 

O bildirib ki, Ermənistanın spekulyasiyaları dünya ictimaiyyətinin diqqətini məsələnin əsas mahiyyətindən yayındırmaq cəhdləridir.

Aqşin Kərimov


Məlumat oxu.az saytından götürülmüşdür.