Qaragöl ətrafında Azərbaycan ordusunun hərbçisinin həlak olması yalandır – RƏSMİ

24 Baxış

Ermənistan tərəfinin dövlət sərhədi istiqamətində Qaragöl ətrafında Azərbaycan ordusunun bölmələrinin guya təxribat törətməsi və bir hərbçimizin həlak olması barədə yaydığı məlumat yalandır. 

Bu barədə Müdafiə Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, qarşı tərəf bu kimi yalan məlumatlarla törədəbiləcəyi diversiyalarına zəmin yaratmağa cəhd göstərir.


Məlumat oxu.az saytından götürülmüşdür.