ANAMA: Ötən həftə 143 hektar ərazi minalardan təmizlənib

10 Baxış

Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan “Qafqazinfo”ya verilən məlumata görə, iyulun 12-dən 17-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 54, tank əleyhinə 15 mina və 108 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Əməliyyatlar nəticəsində 143 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.


Məlumat oxu.az saytından götürülmüşdür.