Ərdoğan MEMATT-ın Azərbaycanda istifadəsindən danışdı – FOTO/VİDEO

6 Baxış

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mexaniki Mina Təmizləmə Təchizatının (MEMATT) Azərbaycanda istifadəsindən danışıb.

“Anadolu Agentliyi”nin məlumatına görə, dövlət başçısı bu barədə ölkənin müdafiə sənayesinin yeni məhsulları ilə tanış olarkən söz açıb.

Belə ki, sərgidə uzaqdan idarəediləbilən minatəmizləmə vasitəsinin işi əyani göstərilməyib. Vəziyyəti belə görən prezident MEMATT-ın necə işlədiyinə Azərbaycanda şahid olduğunu bildirib.

“Bu texnika hazırda Azərbaycanda istifadə edilir. Buradakı dostların bizə yazıqları gəldikləri üçün bura minalar döşəməyiblər. Azərbaycanda biz o minaları ərazidə gördük və onların təmizlənməsini izlədik. Çox uğurlu bir texnikadır”, – deyə o bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.