Ermənistanda əsgər valideynləri Müdafiə Nazirliyini blokadaya alıblar – VİDEO

6 Baxış

Ermənistanda əsgər valideynlərinin etirazları səngimək bilmir.

Övladlarının taleyindən narahat olan vətəndaşlar onları maraqlandıran suallara cavab almaqdan ötrü müxtəlif üsullara əl atırlar.

Oxu.Az xəbər verir ki, bu dəfə itkin düşmüş hərbçilərin valideynlərinin hədəfi ölkənin Müdafiə Nazirliyi olub. Belə ki, onlar qurumun yerləşdiyi ərazini mühasirəyə alaraq, nazirliyin giriş və çıxışlarını bağlayıblar.

Müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb. 


Məlumat oxu.az saytından götürülmüşdür.