“Haber Global”: Qarabağ zəfərinə gedən yolun başlanğıcı – Dördgünlük müharibənin ildönümü + VİDEO

13 Baxış

“Bu gün Azərbaycan üçün önəmli bir tarixdir, 2 aprel 2016-cı ildə başlayan Dördgünlük müharibənin ildönümüdür”.

“Haber Global” telekanalının Aprel savaşı haqqında hazırladığı süjeti bu sözlərlə başlayır.

Süjetdə Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatlar və bunun nəticəsində Azərbaycan ordusunun düşmənə vurduğu ağır zərbədən bəhs olunur. Xalqımızın Vətən müharibəsində olduğu kimi Aprel döyüşləri zamanı da tək yumruq kimi birləşdiyi videoda qeyd olunub. Həmçinin Aprel savaşında Qarabağ zəfərinin təməlini qoyan Azərbaycan ordusunun Ermənistanın ötən ilin sentyabrın 27-də növbəti təxribatına çox ağır cavab verdiyi qeyd edilib.

“Haber Global” Azərbaycanın bu yolda verdiyi şəhidləri də unutmayıb. Şəhidlərimizin “son nəfəsləri ilə azərbaycanlıların vətən həsrətinə son qoyduqları” vurğulanıb.


Məlumat oxu.az saytından götürülmüşdür.