“Emmy” mükafatının təqdimetmə mərasimi açıq havada keçiriləcək

13 Baxış

Koronavirus pandemiyası ilə bağlı vəziyyətin pisləşməsinə görə bu il 73 -cü “Emmy” mükafatlarının təqdimetmə mərasimi qismən açıq havada keçiriləcək.

Bu barədə “Deadline” xəbər verib.

Portalın məlumatına görə, mərasimin təşkilatçıları qonaqların sosial məsafəyə uyğun oturmasının təmini üçün Los-Ancelesdəki “Microsoft” Teatrının arxasında əlavə bir meydandan istifadə etmək qərarına gəliblər.

Bundan əvvəl mərasimin təşkilatçıları “qırmızı xalı”da qonaqların sayını məhdudlaşdırmaq niyyətlərini açıqlamışdılar. Belə ki, mükafatlandırma mərasimində hər bir layihənin komandasını ən çoxu dörd nəfər təmsil edə bilər.

Xatırladaq ki, keçən il “Emmy” mükafatlarının təqdimetmə mərasiminin yayımı izləyicilərin sayına görə televiziya reytinqləri tarixində antirekord qazanmışdı.


Məlumat oxu.az saytından götürülmüşdür.