Murat Kekillidən avtomobilini oğurlayanlara qəribə tövsiyə – FOTO

6 Baxış

Türkiyənin məşhur müğənnisi Murat Kekillinin təmirxanadan avtomobili oğurlanıb. Ən maraqlısı isə motorunda yaranan problemə görə evakuatorla yola salınan maşını oğrular işə salıb aparıblar.

Bu barədə “Haber Global” xəbər verib.

Lakin sənətçinin maşını bir müddət sonra yolda sönüb. Bu səbəbdən oğrular onu tərk edərək qaçıblar.

Maşın ifaçıya təslim edilib. Polis oğruların axtarışına başlayıb.

Murat Kekilli baş verənlərə özünün “Twitter” hesabından münasibət bildirib.

“Maşının xarab motorunu işə salıb qaçıblar. Oğurluq etmək əvəzinə təmirxana açsaydınız, varlanardınız”, – deyə o bildirib.

Tabi ki ironi ! Aracın çalışmayan motorunu çalıştırmayı başarıp hırsızlık yapacağınıza tamirhane açsaydınız zengin olurdunuz. Üstelik motoru susuz bırakıp yakmışsınız! Pandemi manyaklarından çektiğimiz yetmiyormuş gibi bir de sizinle uğraşıyoruz!

— Murat KEKİLLİ (@kekillimurat) June 9, 2021


Məlumat oxu.az saytından götürülmüşdür.