Halil Sezai həbsxanaya düşməsi haqda: “Məhbus həyatı yaşamağım xeyrimə oldu”

7 Baxış

“İncir reçeli” filmi və “İsyan” mahnısı ilə məşhurluq qazanan türkiyəli ifaçı Halil Sezai 43 günlük həbs həyatından danışıb.

Bu barədə “Haber Global” xəbər yayıb.

Bildirilir ki, teleaparıcı Armağan Çağlayanın “Gör beni” proqramında iştirak edən ifaçı pessimist biri olsa da, həbsxana həyatının onun üçün yaxşı olduğunu deyib.

“Şöhrətə qarşıyam. Ölkəmizdə hər gün bəlkə 100-200 dəfə belə hadisə yaşanır. Həmin gün baş verənlərin yarısını xatırlamıram. Çox da əsəbi deyildim. Nə oldusa, birdən oldu. Təfərrüata girmək istəmirəm. Buna görə həbs olundum, amma mənim üçün məhbusluq həyatı ağır keçmədi. Bəlkə də absurd gələcək, amma yaxşı oldu. Tək qaldığım bir otaq verdilər, bağçası da var idi. Yataqxana kimi idi. Bütün günü kitab oxudum, bu vəziyyətə necə düşdüyümü düşündüm. Özümlə tək qalmaq yaxşı oldu, bir növ özümə hesabat verdim”.

O, baş verənlərin onda sosial fobia yaratmadığını vurğulayıb.

“Nəzarətçilərin rəhbərinə təşəkkür edirəm. Mənim onlar barədə düşüncələrimi də alt-üst etdilər. İnsanlara çox yardım edirlər, yeməkləri əladır. Çıxarkən “bu pomidoru haradan almısınız?”, – deyə soruşdum”.

Xatırladaq ki, məşhur ifaçı yaşlı qonşusunu döydüyü üçün “qəsdən sağlamlığa ağır xəsarət vurma” ittihamı ilə həbs olunmuşdu.


Məlumat oxu.az saytından götürülmüşdür.