Məryəm Üzərli Rusiya istehsalı olan filmdə çəkilmək istəyir – FOTO

8 Baxış

“Muhteşem Yüzyıl” serialıyla məşhurlaşan türkiyəli aktrisa Məryəm Üzərli Rusiya istehsalı olan filmdə çəkilmək istəyir.

Bu barədə tanınmış aktrisa “Anadolu”ya verdiyi müsahibəsində danışıb.

Sənətçi Rusiya kinematoqrafını izlədiyini və Renata Litvinovaya xüsusi hörmətlə yanaşdığını qeyd edib.

“Əlbətdə ki, Rusiyanın film layihələrində iştirak etmək istəyirəm. Axı bir aktrisa olaraq buna yalnız milli miqyasda baxmıram”, – deyə o, bildirib.

Üzərli həmçinin keçən il DNT testindən keçdiyini və 6-8 faiz rus olduğunun ortaya çıxdığını deyib. Atasının türk, anasının isə alman olduğunu nəzərə alsaq, bu onu təəccübləndirib. Fəqət Üzərli milliyyətin onun üçün vacib olmadığını, özünü və ətrafındakı hər kəsi dünya vətəndaşı hesab etdiyini vurğulayıb.

Üzərli məktəbdə oxuyarkən rus dilini öyrəndiyi, ancaq bu dili istifadə etmədiyi üçün çox şeyi unutduğunu deyib.

“Rusiyalı dostlarım bəzən mənə rus sözlərini xatırladırlar. Düşünürəm ki, iki-üç ayda rus dilini xatırlayardım”, – deyə o, əlavə edib.

Qeyd edək ki, sənətçi Moskva Beynəlxalq Film Festivalında iştirak edib. O, Rusiyanı ziyarət etməkdən məmnunluğunu bildirib və burada çox isti qarşılandığını qeyd edir.

“Burada gördüm ki, keçmiş işim insanların qəlbini isidir və onlara xoşbəxtlik gətirir”, – deyə aktrisa bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.