Məşhur aktrisa hansı rol uğrunda “dişi-dırnağı ilə” mübarizə apardığını açıqladı – VİDEO

6 Baxış

Hollivud ulduzu Enn Heteuey “The Devil Wears Prada” (“Şeytan Prada geyinir”) filmindəki rol uğrunda “dişi-dırnağı ilə” mübarizə apardığını etiraf edib.

“İzvestiya”nın məlumatına görə, bu barədə o, “RuPauls Drag Race” verilişində danışıb.

Heteueyin sözlərinə görə filmdə jurnalist Saks rolu üçün doqquzuncu namizəd olub. Buna qədər səkkiz istedadlı aktrisa kastinqdən keçibmiş.

“Mən kastinqdə doqquzuncu idim, ancaq bu rolu aldım. Fürsətlərdən yapışın və heç vaxt təslim olmayın”, – deyə aktrisa bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.