Milyarderin kosmosa səyahətindən ilk görüntülər – FOTO/VİDEO

11 Baxış

“Amazon”un qurucusu və dünyanın ən varlı adamı Ceff Bezos 20 ildən çox gözlədiyi arzusunu reallaşdırıb. Belə ki, o, “Blue Origin” şirkəti tərəfindən inşa edilən “New Shepard” gəmisində kosmosa yollanıb.

Bu barədə TASS xəbər verib.

Kosmik gəmi Van-Horn şəhəri (Texas ştatı) yaxınlığındakı kosmodromdan şaquli olaraq 100 km yüksəkliyə qalxıb. Raket qurğusundan ayrılan kapsul Yerə paraşütlərlə enib. Daşıyıcı da şaquli eniş edib.


Məlumat oxu.az saytından götürülmüşdür.