Tovuzquşular Kaliforniya şəhərlərinə hücuma keçiblər – FOTO/VİDEO

10 Baxış

Cənubi Kaliforniyada yaşayış yerlərində məskunlaşan tovuzquşular əhalinin kabusuna çevrilib. Belə ki, koronavirus pandemiyası ilə əlaqədar populyasiyası yaddan çıxan sözügedən quşlar Pasadena və Los-Ancelisin yaxınlığındakı şəhələrdə dəstə halında gəzərək insanları narahat edir.

Bu barədə “The Washington Post” xəbər verir.

Məlumata görə, sürülərlə hərəkət edən quşlar damlara enir və ya səkidə gəzirlər.

“Onlar sübh vaxtı məni oyadırlar. Bu quşların səsi sanki işgəncə görən körpənin səsini xatırladır, özü də elə bil ki, onları mikrofona qoşublar”, – deyə pasadenli sakinlərdən biri şikayətlənib.


Məlumat oxu.az saytından götürülmüşdür.