Antuan Qrizmandan qeyri-adi “het-trik” – FOTO/VİDEO
5 Baxış

Futbol üzrə Dünya çempionu Antuan Qrizman bu gün üçüncü dəfə ata olub.
Oxu.Az xəbər verir ki, məşhur fransız futbolçunun Alba adlı qızı doğulub.
Maraqlısı isə bütün uşaqlarının eyni gündə, 8 apreldə dünyaya gəlməsidir: 8 aprel 2016, 8 aprel 2019, 8 aprel 2021-ci il.
Bu səbəbdən Qrizman “Barselona”nın bugünkü məşqini buraxıb. Onun sabah “Real” ilə son oyunqabağı məşqə qatılacağı gözlənilir.
🍼 Alba Griezmann 8 avril 2021 à 10h24. ❤️
— Antoine Griezmann (@AntoGriezmann) April 8, 2021
Məlumat oxu.az saytından götürülmüşdür.