Oğru soyğun üçün girdiyi evdə yuxuya getdi – FOTO

5 Baxış

İngiltərədə ev sahibləri öz yataq otaqlarında soyğun zamanı içki içən və sonra yuxuya gedən oğrunu aşkar ediblər.

Bu barədə “Daily Star” xəbər yayıb.

Hadisə Nyulində baş verib. Təcrübəli balıqçı olan 47 yaşlı latviyalı Atis Elksnitis liman şəhərinə iş üçün gəlsə də, evsiz qalıb, bu səbəbdən içkiyə qurşanıb.

Bir dəfə belə o, qapısı açıq qalan kottecə daxil olub. Evdə axtarış aparkən əlinə spirtli içki keçib. Onu içdikdən sonra sərxoş olan kişi ev sahibinin yataq otağına girib və qapını bağlayaraq yuxuya gedib.

Ev sahibləri isə yataq otağına daxil ola bilmədikdən sonra pəncərədən baxıblar. Çarpayıda yatan birini gördükdən sonra dərhal polisə xəbər veriblər.

Şübhəli ağır dönəmlər keçirdiyini deyərək, baş verənlərə görə üzr istəyib.


Məlumat oxu.az saytından götürülmüşdür.