Sevgililər təsadüfən yarım milyon dollarlıq rəsm əsərini məhv etdilər – FOTO/VİDEO

7 Baxış

Cənubi Koreyada bir cütlük təsadüf nəticəsində yarım milyon dollar (850 000 AZN) dəyərində əsəri məhv edib.

Bu barədə TSN xəbər yayıb.

Qalereyanı ziyarət edənlər kollektiv sənətlə məşğul olduqlarını düşünüblər.

“Günün günorta çağı gənc cütlük qalereyaya girdi və orada nümayiş etdirilən abstrakt rəsm üzərində şəkil çəkməyə başladılar. Onlar bunun lazım olduğuna əmin idilər: çünki tablonun altında boya bankaları və fırçalar var idi”, – deyə nəşr bildirir.


Məlumat oxu.az saytından götürülmüşdür.