Okeanı təkbaşına keçən ən gənc qadın – FOTO/VİDEO

7 Baxış

Böyük Britaniyadan olan 21 yaşlı üzgüçülük təlimçisi Jasmin Harrison avarlı qayıqla təkbaşına Atlantik okeanını keçib.

“HaberGlobal”ın məlumatına görə, bununla da o, bu marşrutu keçən dünyanın ən gənc qadını olub.

Bildirilir ki, Kanar adalarındakı La Qomeradan Karib dənizindəki Antiquaya qədər 4828 kilometrlik yol 70 gün, 3 saat 48 dəqiqə çəkib.


Məlumat oxu.az saytından götürülmüşdür.