“Expressbank”dan stabil inkişaf yolu

14 Baxış

Ölkənin hazırda fəaliyyət göstərən banklar sırasında ilk kommersiya banklarından olan “Expressbank” həmçinin cəmi kapitallarının həcminə görə ilk 10 bank sırasında yer alıb.

Geniş çeşiddə bank məhsulları ilə seçilən “Expressbank”ın hazırda 15 filialı mövcuddur. Bütün müştərilərinin etibarlı tərəfdaşı olmağa çalışan bank Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşən filiallarında müştərilərə yüksək xidmət göstərməkdən və onları məmnun şəkildə yola salmaqdan böyük qürur duyur.

Son illər ərzində artan depozit və kredit portfeli fiziki şəxslərin banka olan inamının bariz nümunəsidir. Belə ki, cari ilin yeddi ayı üzrə depozit portfeli 17.6 % artmış, 31 iyul tarixinə isə mənfəət 6 milyon manat təşkil edib. Bu göstəricilər bankın dayanıqlı inkişafını bir daha təsdiq edir.

Qeyd etmək lazımdır ki, nüfuzlu beynəlxalq reytinq agentliyi olan “Fitch Ratings” 2020-ci ilin may ayında “Expressbank”ın reytinqini “B” səviyyəli “stabil” proqnozu ilə növbəti dəfə (artıq 4-cü dəfə) təsdiqləyib. Bu reytinq ölkə bankları sırasında yüksək nəticələrdən hesab edilir.

Bankın təqdim etdiyi xidmətlərlə tanış olub, daha ətraflı məlumat əldə etmək üçün, www.expressbank.az saytına, bankın rəsmi “Facebook” və “Instagram” səhifələrinə (www.facebook.com/expressbank/; www.instagram.com/expressbank_official/) daxil ola və ya 132 nömrəsinə zəng vura bilərsiniz.

 


Məlumat oxu.az saytından götürülmüşdür.