Sabah “OPEC+” ölkələrinin Nazirlər Şurasının konfransı keçiriləcək

7 Baxış

Sabah, 18 iyul “OPEC+” ölkələrinin Nazirlər Şurasının konfransı keçiriləcək.

TASS agentliyi xəbər verir ki, görüş videokonfrans formatında təşkil olunacaq.

Mənbə OPEC katibliyindən əldə etdiyi məlumata əsasən qeyd edir ki, birlik müttəfiqlər arasındakı əsas məsələlərin həllinə nail ola bilib.

Qeyd olunur ki, OPEC-də əsas fikir ayrılığı Səudiyyə Ərəbistanı ilə BƏƏ arasında yaşanırdı.

“OPEC+” iclasının gündəliyinə bu ilin sonuna qədər neft hasilatı səviyyəsinin müzakirəsi ilə yanaşı “OPEC+” razılaşmasının 2022-ci ilin sonuna qədər uzadılması məsələsi də daxil edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.