SOCAR: “Azərbaycanda hidrogen istehsal edilərək Avropaya tədarük edilə bilər”

8 Baxış

“Karbon izinin azaldılması təkcə neft və qaz şirkətlərinin deyil, bütövlükdə bütün dünya iqtisadiyyatının inkişafının qaçınılmazlığıdır”.

“Report”un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rusiyadakı törəməsi – “Sokar Rus” şirkətinin baş direktoru Fərid Cəfərov Rusiya mətbuatına müsahibəsində bildirib.

Onun sözlərinə görə, SOCAR artıq bu istiqamətdə bir sıra layihələr həyata keçirir:

“İlk növbədə, bu, Abşeronda hidrogen istehsalı, daha sonra isə onun Cənub Qaz Dəhlizi ilə Avropadakı istehlakçılar üçün nəqlidir. Biz ənənəvi və innovativ texnologiyaların qovşağında müxtəlif layihələri nəzərdən keçiririk”.

F.Cəfərov qeyd edib ki, SOCAR 2022-ci ilə qədər səmt neft qazı tullantılarının sıfıra endirilməsi proqramını həyata keçirir:

“Bizim danışdığımız belə layihələrdən biri də bilavasitə yataqda səmt neft qazından ammonium istehsalı, təzyiqin saxlanması üçün karbon tullantılarının laya geri vurulması ilə bağlıdır. Bu ammoniumun gələcəkdə hidrogen istehsalı üçün xammal kimi Avropaya nəqli də nəzərdən keçirilir”.

O vurğulayıb ki, ümumilikdə, zəncirvari olaraq çox məhdud karbon emissiyası var:

“Şirkətimiz Prezidentin təsdiqlədiyi dövlət strategiyasına uyğundur. Strategiyanın məqsədi 2050-ci ilə qədər sıfır emissiya hədəfinə çatmaqdır”.


Məlumat oxu.az saytından götürülmüşdür.