Azərbaycan neftinin qiyməti 72 dolları keçdi

12 Baxış

Azərbaycan neftinin qiyməti artmaqda davam edir.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,68 ABŞ dolları artaraq, 72,48 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə – 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.