Türkiyə Qara dənizdə yeni qaz yatağı aşkarlayıb

9 Baxış

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Filyos limanının açılışı mərasiminə qatılıb.

“Anadolu” agentliyinin məlumatına görə, tədbir zamanı dövlət başçısı ölkə üçün əhəmiyyətli olan xoş bir xəbəri açıqlayıb. O, bildirib ki, “Amasra-1” quyusunda yeni təbii qaz yatağı kəşf edilib.

“Fatih Sondaj” gəmimiz Sakarya qaz sahəsindəki “Amasra-1” quyusunda 135 milyard kubmetrlik yeni bir təbii qaz yatağı kəşf edib. Bununla da, Qara dənizdəki toplam qaz ehtiyatımız 540 milyard kubmetrə çatıb”, – deyə Ərdoğan bəyan edib.


Məlumat oxu.az saytından götürülmüşdür.