SOCAR Türkmənistandakı beynəlxalq forumun əsas tərəfdaşı oldu

9 Baxış

Mayın 12-13-də Aşqabadda Türkmənistanın Neft və Qaz Sektoruna İnvestisiyaların cəlb olunması üzrə Beynəlxalq Forum keçiriləcək.

“Report” bildirilir ki, tədbirin təşkilatçıları “Türkmənqaz” və “Türkmənnebit” dövlət qurumları, “Türkmənqeologiya” Dövlət Korporasiyası, habelə İngiltərə şirkəti “GaffneyCline”-ın dəstəyi ilə “Türkmen Forum” ilə ortaq şəkildə Türkmənistan Maliyyə və İqtisadiyyat Nazirliyidir.

Ənənəvi olaraq, sponsorlar siyahısına Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) daxildir. Bu il şirkət həm də tədbirin əsas tərəfdaşı kimi çıxış edir.

SOCAR hər il qardaş Türkmənistanın tədbirlərində iştirak edir. Buna misal olaraq, “Türkmənistanın Neft və Qazı” XXIV Beynəlxalq Konfransında (OGT 2019) tədbirin platin sponsoru, “Türkmənistanın Neft və Qazı” investisiya roud-şousunun əsas tərəfdaşı, “Türkmənistanın Neft və Qazı” XXV Beynəlxalq Konfransının (OGT-2020) qızıl sponsoru və “Enerji sektorunda davamlı əməkdaşlıq – ümumi inkişaf üçün vacib şərt” beynəlxalq konfransının isə əsas tərəfdaşı məhz SOCAR olub.

Qeyd edək ki, Azərbaycan şirkətilə yanaşı, builki Beynəlxalq Foruma CNPC və “NaPeCo” qızıl sponsorlar, “Buried Hill” gümüş sponsor, “Türkmən Petrol”, “Dragon Oil”,” Petronas”, “Areti Group”,” Haldor Topsoe”, “LG International”, “Hyndai Engineering” bürünc sponsorlar olaraq dəstək göztərir.


Məlumat oxu.az saytından götürülmüşdür.