Assosiasiya: “Qarabağın hesabına illik bal istehsalı 10 min tona çata bilər”

12 Baxış

Azərbaycan Arıçılar Assosiasiyası bu il ölkədə 6 min ton bal istehsal olunacağını proqnozlaşdırır.

Bunu “Report”a açıqlamasında Assosiasiyanın sədri Bədrəddin Həsrətov bildirib.

“İlk balın süzülməsini iyunun 15-nə qədər planlaşdırırıq”, – deyə o qeyd edib.

Sədr həmçinin bildirib ki, gələcəkdə Qarabağın hesabına illik bal istehsalı təxminən 4 min ton arta bilər: “İşğaldan azad olunmuş ərazilərdə arıçılığın bərpası ilə biz ölkədə 10 min ton bal istehsal olunacağını gözləyirik”.


Məlumat oxu.az saytından götürülmüşdür.