Şəfəq-Asiman yatağının ehtiyatları qiymətləndirilir

8 Baxış

Şəfəq-Asiman dəniz blokunda ilk kəşfiyyat quyusunun qazılması 2021-ci ilin mart ayında Fasilə lay dəstində 7 189 metr dərinlikdə tamamlanıb.

“BP Azərbaycan”dan Oxu.Az-a verilən məlumata əsasən, quyunun keçdiyi lay dəstlərində qaz-kondensat ehtiyatları aşkar edilib.

Bildirilib ki, bu ehtiyatların qiymətləndirilməsi üçün əlavə işlərə ehtiyac var və buna görə də nəticələrə baxmaq və potensial olaraq bir yanlülə qiymətləndirmə quyusu da daxil olmaqla qiymətləndirmə işlərinin növbəti addımlarını planlaşdırmaq məqsədilə qazma işlərinin müvəqqəti dayandırılması qərara alınıb.

Dayazsulu Abşeron blokunda qazılacaq ilk kəşfiyyat quyusu üzrə Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədi 2021-ci ilin yanvar ayında dövlət tərəfindən təsdiqlənib və bununla da quyunun 2021-ci ildə qazılması üçün müvafiq icazələr alınıb.

Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisində seçilmiş yerlərdə ilk kəşfiyyat quyusunun qazılması işlərinin planlaşdırılması davam edir.

D230 blokunda seysmik məlumatların interpretasiyası davam edir. Seysmik tədqiqatın interpretasiyasının nəticələri müsbət olarsa, əsas kəşfiyyat proqramına başlana bilər.


Məlumat oxu.az saytından götürülmüşdür.