Azərbaycan “Bir Pəncərə” vasitəsilə Honqkonqa məhsul ixrac edib – FOTO

6 Baxış

2021-ci ilin yanvar-aprel ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 64,4 milyon ABŞ dolları olub.

Oxu.Az-ın məlumatına görə, bu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin aprel sayında öz əksini tapıb.

Təkcə aprel ayında isə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 17,1 milyon ABŞ dolları olub.

Beləliklə, 2017-ci ildən 2021-ci ilin aprel ayına qədər “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac edilən mal və məhsulların dəyəri 537,7 milyon ABŞ dolları təşkil edib.

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin təqdim etdiyi sertifikatlar üzrə ən çox məhsul İsveçrəyə (61,1 faiz), Rusiyaya (14,7 faiz), İraqa (9,2 faiz), Türkiyəyə (8,7 faiz), Honqkonqa (1 faiz) ixrac olunub.

İxraca Dəstək Mərkəzinin ixrac etdiyi məhsulların bölgüsündə qiymətli metallar 61,1 faiz, polad kvadrat pəstah 19,5 faiz, günəbaxan yağları 10,7 faiz, meyvə şirələri 1,5 faiz, süd məhsulları 1 faiz təşkil edib.


Məlumat oxu.az saytından götürülmüşdür.