Bu gün bir sıra ərazilərdə qaz olmayacaq

6 Baxış

Bu gün bir sıra ərazilərdə qazın verilməsində məhdudiyyət olacaq.

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata əsasən, magistral qaz kəmərində təmir işləri aparılacaq.

“Qaz İxrac” İdarəsi diametri 530 mm olan “Qaradağ-Sumqayıt” yüksək təzyiqli magistral qaz kəmərinin 47-ci kilometrliyində təmir işləri aparmağı planlaşdırır.

Belə ki, magistral kəmərin Bakı-Quba-Rusiya dövlət sərhəddi avtomobil yolunun kəsişməsində yeni çəkilmiş 144 metr uzunluğunda olan hissəsi qaznəqli sisteminə birləşdiriləcək.

Təmir zamanı aprel ayının 29-da səhər saatlarından etibarən işlər başa çatanadək Abşeron rayonu, Xırdalan şəhəri, Atyalı yaşayış massivi, Hökməli, Qobu, Daş-Güzdək, Aşağı Güzdək kəndləri, Müşfiqabad qəsəbəsi və qəsəbədəki Qaçqınlar Şəhərciyi, Çiçək yaşayış massivi, 28 May qəsəbəsi, Çaylı-Qobustan yaşayış massivi, Pirəkəşkül, Ceyranbatan və Saray qəsəbələrində qaz təchizatında müvəqqəti məhdudiyyətin yaranacağı gözlənilir.


Məlumat oxu.az saytından götürülmüşdür.