Ləğv edilmiş şirkətin iki milyonluq mülkü satışa çıxarılır – FOTO

8 Baxış

“Standard Insurance” şirkətinin əmlaklarının satışı ilə bağlı növbəti hərrac keçiriləcək.

Şirkətin ləğvetmə komissiyası tərəfindən Oxu.Az-a verilən məlumata əsasən, sığorta şirkətinin ləğvetmə komissiyası tərəfindən şirkətə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş dörd mənzil satışa çıxarılacaq.

Hərrac “Xəzəryanı ixtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən 19 may 2021-ci il tarixdə saat 11:00-da Bakı şəhəri, Səbail rayonu Ə.Cavid küçəsi, ev 15 mənzil 1 ünvanında keçiriləcək.

Hərraca çıxarılan predmetin satış qiyməti 1 900 000 (bir milyon doqquz yüz min) manat, iştirak haqqının məbləği 500 (beş yüz) manat, behin məbləği isə 19 000 (on doqquz min) manatdır.

Hərrac predmetinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapıb:

“Standard Insurance” sığorta şirkətinin ləğvetmə komissiyasından bildirilir ki, 19 may 2021-ci il tarixində keçirilməsi nəzərdə tutulan hərrac satışı sayca ikincidir. Bu səbəbdən satışa çıxarılan əmlakın qiymətində (2 000 000 – iki milyon manat) beş faiz endirim edilib və qiymət 1 900 000 manat olub.


Məlumat oxu.az saytından götürülmüşdür.