Növbəti rayonun qaz təchizatı yaxşılaşdırılır – FOTO

11 Baxış

Sabirabad rayonunun Muğan prospektində istismar müddəti başa çatmış diametri 159 mm olan yeraltı qaz xətti yerüstü qaz xətti ilə əvəz edilir.

“Azəriqaz” İstehsalat Birliyindən Oxu.Az-a verilən məlumata əsasən, Muğan prospekti və Bulaqlı kəndini əhatə edəcək yerüstü qaz xətti hazır olduqdan sonra 698 abonentin qaz təchizatı xeyli yaxşılaşacaq.

1 400 metr uzunluğunda çəkilən yeni qaz xətti payız-qış mövsümündə təbii qazın normal rejimdə verilməsinə imkan yaradacaq.

Bildirilib ki, Sabirabad rayonu, Kürətrafı ərazidə yaşayan 1 700 abonentin də qaz təchizatı xeyli yaxşılaşdırılıb. Rayonun Şərifzadə küçəsindən E.Qəmbərov küçəsinə 628 metr uzunluğunda müxtəlif diametrli əlaqələndirici xətlər çəkilib.

Bundan əlavə, Suqovuşan kəndində yerləşən qaz paylayıcı stansiyadan 1991-ci ildə çəkilmiş qaz xəttinin əvəzlənməsi işləri də həyata keçirilir.

Eləcə də, Sabirabadda 2 300 metrlik istismar müddəti başa çatmış digər qaz xətti də təmir olunur. Yeni xətt tam hazır olduqdan sonra 6 000 abonentin qaz təchizatı xeyli yaxşılaşdırılacaq.


Məlumat oxu.az saytından götürülmüşdür.