KOBİA sahibkarları aprel ayında təşkil olunacaq sahəvi görüşlərə dəvət edir

15 Baxış

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən sahibkarlar üçün hər ay müxtəlif mövzularda onlayn sahəvi görüşlər təşkil olunur. Mikro, kiçik və orta biznes (KOB) subyektləri aprel ayında keçiriləcək sahəvi görüşlərlə bağlı ətraflı məlumatı KOBİA-nın rəsmi internet səhifəsindən əldə edə bilərlər (https://smb.gov.az/az/events?slug=tedbir).

Aidiyyəti dövlət qurumlarının və biznes assosiasiyaların nümayəndələrinin iştirakı ilə təşkil olunan sahəvi görüşlərdə sahibkarları narahat edən problemlər və onların həlli yolları müzakirə edilir, KOB-ların ehtiyacları və təklifləri öyrənilir, sahibkarları maraqlandıran suallar cavablandırılır. Həmçinin, sahəvi görüşlərdə sahibkarlar tərəfindən qaldırılan məsələlərin həlli üçün dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində müvafiq tədbirlər görülür, təkliflər ümumiləşdirilərək aidiyyəti qurumlara təqdim olunur.

KOBİA sahibkarları hər ay təşkil olunan sahəvi görüşlərdə aktiv iştirak etməyə dəvət edir. Eyni zamanda sahibkarlar müzakirəsinə ehtiyac duyduqları məsələlərlə bağlı sahəvi görüşlərin keçirilməsi üçün təkliflərini agentliyə təqdim edə bilər ([email protected]).

Qeyd edək ki, indiyədək KOBİA tərəfindən müxtəlif mövzularda 60 sahəvi görüş təşkil olunub. Bu görüşlərdə sahibkarlar tərəfindən səsləndirilən bir sıra problemlər dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində müsbət həllini tapıb, eləcə də sahibkarlıq fəaliyyəti ilə bağlı qanunvericilikdə dəyişikliklərin edilməsi, müxtəlif dəstək mexanizmlərinin yaradılması və mövcud dəstək tədbirlərinin təkmilləşdirilməsi prosesində nəzərə alınıb.


Məlumat oxu.az saytından götürülmüşdür.