“Breksit” Britaniyanın Azərbaycanla əlaqələrinə necə təsir edib? – AÇIQLAMA

8 Baxış

“Breksit”in imzalanması Azərbaycanla Böyük Britaniya arasındakı münasibətlərə mənfi təsir göstərəcəyini gözləmirəm.

Oxu.Az-ın məlumatına əsasən, bunu “Milli Məclis” jurnalına müsahibəsində Böyük Britaniya-Azərbaycan parlamentlərarası işçi qrupunun sədri Bob Bləkmən deyib.

O, bunu belə əsaslandırıb ki, Böyük Britaniya ilə Azərbaycan ikitərəfli münasibətlər çərçivəsində əməkdaşlıq və investisiya tarixinə malikdir. Deputat qeyd edib ki, Böyük Britaniya ötən 25 il ərzində Azərbaycanda ən böyük xarici sərmayəçiyə, BP şirkəti isə ölkədə fəaliyyət göstərən nəhəng xarici şirkətə çevrilib.

O, ümidvar olduğunu bildirib ki, Britaniya regiona əhəmiyyətli sərmayə qoyacaq.

Qeyd edək ki, “Breksit” Böyük Britaniyanın Avropa İttifaqından çıxması prosesidir.

Aqşin Kərimov


Məlumat oxu.az saytından götürülmüşdür.