Çindən Gürcüstana gedən ilin ilk blok qatarı Bakıdan yola düşüb

4 Baxış

Azərbaycan üzərindən keçməklə Çindən Gürcüstana gedən ilin ilk blok qatarı Bakıdan Tbilisiyə yola salınıb.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC yanında “ADY Konteyner” MMC məlumat verib.

Bildirilir ki, qatar 56 konteynerdən ibarətdir. Bu yükdaşıma Maersk və MSC şirkətlərinin sifarişi əsasında həyata keçirilir. Konteynerlər Aktau – Ələt fider xətti ilə Bakı limanına çatdırılıb. Onlardan  41-i Sian, 15-i isə Çinqdao şəhərindən yola salınıb. Qatarın yükü, əsasən avtomobil şinləridir.

Konteynerlərin sabah Tbilisiyə çatacağı gözlənilir.


Məlumat oxu.az saytından götürülmüşdür.