Mərkəzi Bank məktəblilər üçün müsabiqə elan edir – FOTO

2. 202 Baxış

2021-ci il “Nizami Gəncəvi ili” çərçivəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı məktəblilər arasında müsabiqə elan edib.

Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, “Nizami Gəncəvi yaradıcılığında iqtisadi motivlər” adlı inşa və rəsm müsabiqələri 10 fevral – 10 mart tarixlərini əhatə edəcək.

Müsabiqənin məqsədi məktəbliləri Nizami Gəncəvi yaradıcılığında israfçılığın tənqidi, pulun dəyəri, qənaət və yığım vərdişlərinə dair fikirlərlə tanış etməklə onların maliyyə savadlılığı üzrə bilik və bacarıqlarını artırmaqdır.

Rəsm müsabiqəsi 7-14 yaş qrupunda 3 nominasiya üzrə keçirilir. Rəsm müsabiqəsində iştirak etmək istəyənlər özləri barədə məlumatı və rəsmlərini Mərkəzi Bankın Bakı şəhəri, AZ 1000, Bülbül prospekti 27 ünvanına göndərməlidirlər.

İnşa müsabiqəsi 12-14 yaş qrupunda 3 nominasiya üzrə keçirilir. Təqdim olunan inşalar Azərbaycan dilində maksimum 1 500 sözdən ibarət, “MS Word” proqramında hazırlanaraq “pdf” formatında təqdim olunmalıdır. İnşa müsabiqəsində iştirak etmək istəyənlər özləri barədə məlumatı və hazırladıqları işlərin elektron formasını müvafiq poçt adresinə göndərməlidirlər.

Hər iki müsabiqənin ilk 3 nominasiyası üçün 6 şagird seçiləcək. Müsabiqə qalibləri hədiyyələr və sertifikatlarla təltif olunacaqlar.

Müsabiqə haqqında ətraflı məlumatı linkdən əldə edə bilərsiniz.


Məlumat oxu.az saytından götürülmüşdür.