Kanadada növbədənkənar seçkilər təyin olunub

16 Baxış

Kanadada növbədənkənar parlament seçkiləri keçiriləcək.

TASS xəbər verir ki, bunu ölkənin baş naziri Castin Tryüdo videoçıxışı zamanı bəyan edib.  

Baş nazir bildirib ki, Kanada general-qubernatoru onun parlamentin buraxılmasına dair xahişini qəbul edib.

Tryüdo qeyd edib ki, sentyabrın 20-də Kanada sakinləri yeni parlamenti seçmək üçün sandıq başına keçəcəklər.


Məlumat oxu.az saytından götürülmüşdür.