Formula-1 avtodromunun rəhbəri evində ölü tapılıb

12 Baxış

Belçikanın “Spa-Frankorşam” avtodromunun rəhbəri Natali Maye evində ölü tapılıb.

Bu barədə “Motorsport Week” məlumat yayıb.

Məlumata görə, 51 yaşlı xanım direktorun Quvi şəhərindəki evində onun cəsədi ilə birlikdə kişi və daha bir xanım meyiti də aşkar olunub.

İlkin rəyə əsasən, naməlum qadın və Maye yaxın münasibətlərdə olublar və hər ikisi avtodrom direktorunun əri tərəfindən öldürülüb. Daha sonra isə qatil özünə qəsd edib.

Qeyd edək ki, avqustun 27-29-da avtodromda Formula-1 yarışının növbəti mərhələsi keçirilməlidir.


Məlumat oxu.az saytından götürülmüşdür.