Ukraynada mer öz evində ölü tapılıb

16 Baxış

Ukraynanın Krivoy Roq şəhərinin meri Konstantin Pavlov ölü tapılıb.

Bu barədə Ukraynanın “Strana” internet nəşri məlumat yayıb.

Məlumata əsasən, şəhərin inzibati cəhətdən aid olduğu Dnepropetrovsk vilayətinin valisi Valentin Rezniçenko Pavlovun ölümünü təsdiqləyib.

O, Pavlovun cəsədinin evin eyvanında tapıldığını, yaxınlıqda isə ov tüfənginin olduğunu bildirib.

Hazırda şəhər merinin ölümünün səbəbi araşdırılır.

Qeyd edək ki, 48 yaşlı K.Pavlov birinci və ikinci çağırış Ali Radanın deputatı olub. 2020-ci ilin dekabr ayında isə Krivoy Roqun meri təyin edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.