Türkiyədə koronavirusla bağlı son STATİSTİKA

8 Baxış

Türkiyədə koronavirusla bağlı avqustun 15-nə olan vəziyyət açıqlanıb.

“Haber Global” məlumat verir ki, sutka ərzində ölkədə 281 184 nəfərin COVID-19 testi yoxlanıb.

Günlük yoluxma sayı 18 847 nəfər təşkil edib.

154 nəfər isə koronavirus səbəbindən vəfat edib.

Bununla yanaşı, son 24 saat ərzində Türkiyədə ölümcül virusdan sağalanların sayının 14 426 nəfərə çatdığı bildirilib.


Məlumat oxu.az saytından götürülmüşdür.