Haitidə zəlzələ qurbanlarının sayı artıb – VİDEO

12 Baxış

Haitidə baş vermiş dəhşətli zəlzələ nəticəsində ölənlərin sayı kəskin artıb.

Xarici KİV-də yer alan məlumatlara görə, fəlakət nəticəsində 724 nəfərin öldüyü bildirilib.

Bununla yanaşı, çox sayda insanın itkin düşdüyü qeyd edilib.

Xatırladaq ki, Haitidə dünən gecə saatlarında 7,2 ballıq yeraltı təkanlar baş verib. İlkin məlumatlarda ölənlərin sayı 300 nəfərədək göstərilib.


Məlumat oxu.az saytından götürülmüşdür.