Aİ Əfqanıstana görə miqrasiya qanunvericiliyini təcili dəyişmək istəyir

10 Baxış

Əfqanıstandakı vəziyyət Avropa İttifaqının (Aİ) miqrasiya və sığınacağın verilməsi üzrə mövcud qanunlarının təcili dəyişdirilməsinin zəruriliyini nümayiş etdirir.

Bu barədə Avropa Komissiyasının komissarı Marqaritis Sxinas özünün sosial şəbəkə səhifəsində yazıb.

O, bildirib ki, qanunvericiliyin dəyişdirilməsi üçün gözləmə vaxtı artıq başa çatıb.

Qeyd edək ki, hazırda Əfqanıstanın bütün ərazisi “Taliban”ın nəzarəti altına keçib. Ölkədə hakimiyyətin dinc yolla təhvil verilməsinə hazırlıq görülür.


Məlumat oxu.az saytından götürülmüşdür.