Avstraliyada anaya radiasiyalı körpəsini 10 dəqiqədən artıq qucağında saxlamaq qadağan olundu

8 Baxış

Avstaraliya sakini Kerol Montqomeri Duayer körpəsini yalnız 10 dəqiqə qucağında saxlaya bilər.

“The Sun” yazır ki, buna səbəb uşağın radiasiyalı olmasıdır.

Belə ki, səkkizaylıq Uolli xərçəng xəstəliyindən əziyyət çəkir. Onun bir gözü tutulub. Uşaq şüa və kimya terapiyası ilə müalicə alır. Bu səbəbdən də, radiasiyalı körpə hamilə anası üçün təhlükəli sayılır.

Hazırda ailə övladlarının Britaniyada müalicəsi üçün pul toplayır.


Məlumat oxu.az saytından götürülmüşdür.