Livanda tankerdə partlayış baş verib: Onlarla ölü və yaralı var – VİDEO

12 Baxış

Livanın şimal-qərbində maye qaz tankerinin partlaması nəticəsində azı 20 nəfər həlak olub.

“RİA Novosti” xəbər verir ki, bu barədə Livanın Qızıl Xaç Cəmiyyətinin məlumatında deyilir.

Akkarda gecə vaxtı baş vermiş partlayış zamanı daha 79 nəfərin xəsarət aldığı bildirilir.

Partlayışın səbəbi hələlik naməlumdur. Hadisə yerində təcili tibbi yardım briqadaları işləyir. 


Məlumat oxu.az saytından götürülmüşdür.